Yardımlı rayonun Şiləvəngə kəndində Anım Günü ilə bağlı tədbir keçirilib

Sentyabrın 27-də Yardımlı rayonun Şiləvəngə kəndində şəhid Qədir Xəlilov adına tam orta məktəbin kollektivi Anım Gününə həsr olunan tədbir keçirib. Tədbir şəhidlərin xatirəsinə ucaldılmış kompleksin önündə təşkil olunub.
Tədbirdə müharibə veteranı Sadiq Məcidli, məktəbin müəllimi, II Qarabağ müharibəsinin iştrakçısı Səbuhi Sahratlı məktəbin kollektivi və kənd sakinləri iştirak ediblər.
Tədbirdən sonra I Qarabağ müharibəsində şəhid olmuş Qədir Xəlilovun məzarı ziyarət edilib.