25-26 sentyabrda Qazax və Tovuz rayonlarında “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərdə tarixi və maddi-mədəni abidələrə məhəbbət ruhunun möhkəmləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirib keçirib.
Tədbirdə giriş sözü ilə çıxış edən “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Kamran İsmayılov layihənin əsas məqsədinin regionlarda yaşayan gənclərimizdə öz vətəninə sadiqlik və sevgi hissinin formalaşdırılması, vətənin maraq və mənafelərini qorumaq, taleyində iştirak etmək, onun bu gününə və gələcəyinə məsuliyyət daşımaq kimi hisslərin formalaşdırılması işinə dəstək verməkdən ibarət olduğunu bildirib.
“İnsanın vətəndaşlıq və vətənpərvərlik hisslərinin əsas daşıyıcıları rolunda xalq, dövlət, ailə ilə yanaşı onun yaşadığı mədəni-ərazi birlikləri də çıxış edirlər. Buna görə də əsil vətəndaş yetişdirməyin yollarından biri də hissi təcrübə əsasında insanın yaşadığı ərazinin tarixi, maddi-mədəni abidələri, dədə-babalarının qəhrəmanlıq salnaməsi haqqında bilik və təsəvvürlərin formalaşdırılmasıdır” - deyə layihə rəhbəri qeyd edib.
Tədbirdə çıxış edən digər çıxışçılar da QHT-nin həyata keçirdiyi bu layihənin bölgənin tarixi və maddi-mədəni abidələri haqqında bilgilərin gənclərə aşılanması, onlarda vətənpərvərlik şüurunun inkişafına, vətəndaşlıq borcunun yerinə yetirilməsinə hazır olmasına müsbət təsir göstərəcəyini vurğuladılar.
© 2020 - Created by İLK XEBER.