“İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır”.
Bunu Türkiyə Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı deyib.
Onun bu sözləri zalda əyləşənlər tərəfindən alqışlarla qarşılanıb.
“Bizim qarşımızda Cənubi Qafqazda sülh, əmin-amanlıq və əməkdaşlıq qurmaq üçün tarixi imkanlar var. Bu fürsətdən istifadə etmək üçün biz Ermənistanla mehriban qonşuluq münasibətlərinə və tam normallaşmaya yönəlmiş prosesə təşəbbüs göstərdik. Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Lakin biz görürük ki, Ermənistan bu tarixi imkandan lazımi şəkildə istifadə edə bilməyib.
Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa statusun qoyulması heç vaxt qəbul edilməyəcək. Bizim əsas məqsədimiz hər kəsin, o cümlədən ermənilərin Azərbaycan torpaqlarında dinc yanaşı yaşaması olmalıdır”, - deyə dövlət başçısı bəyan edib.
© 2020 - Created by İLK XEBER.