Xəbər verdiyimiz kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Əksəriyyəti erməni olan 100-ə yaxın şəxs Qarabağı tərk edib. Onlar Ermənistana birdəfəlik köçdüklərini deyiblər.
Buraxılış məntəqəsindən keçən erməni sakinlərdən biri bilmədən hərbi xidmət “sirr”ini açıqlayıb:
“Müharibədən 6 ay sonra əsgərliyə çağırılmışam, müharibədə iştirak etməmişəm. Xankəndidə xidmət etmişəm”.
Ermənistan vətəndaşı olaraq Xankəndidə xidmət etmisən? sualına isə o cavab verə bilməyib, özünü pis hiss etdiyini deyib.
Daha ətraflı AzTV-nin süjetində:
© 2020 - Created by İLK XEBER.