Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Atatürk Mərkəzində növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan İctimai Şuranın sədri, akademik Nizami Cəfərov Şuranın gələcək fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıb. Sədr bildirib ki, nazirliklə İctimai Şura arasında münasibətlər sıx əməkdaşlıq səviyyəsində olmalıdır. O, İctimai Şuranın fəaliyyət müddətində “İctimai iştirakçılıq haqqında” qanundan irəli gələn vəzifələri layiqincə yerinə yetirəcəyinə inandığını qeyd edib.
Sonra İctimai Şuranın sədr müavini Vüqar Qədirov çıxış edərək Şuranın 2023-cü il üçün Fəaliyyət Planı barədə məlumat verib. Sədr müavini bildirib ki, Şuranın səmərəli fəaliyyəti üçün qısa zamanda Şura üzvlərinin təklifləri ümumiləşdirilərək Fəaliyyət Planında öz əksini tapmalıdır. O, bununla bağlı öz təkliflərini Şura üzvlərinin diqqətinə çatdırdı.
İctimai Şuranın sədr müavini Əkbər Qoşalı da Fəaliyyət Planı ilə bağlı öz təkliflərini iclas iştirakçılarının diqqətinə çatdırıb. O, eyni zamanda qeyd edib ki, İctimai Şuranın məhsuldar fəaliyyət göstərməsi üçün təcili olaraq ofis və texniki problemləri həll olunmalıdır.
İctimai Şuranın katibi Nihad Allahyarlı çıxış edərək Yaradıcı Gənclərin I Forumunun keşirilməsinin vacib olduğunu bildirdi.
Digər çıxış edən Şura üzvləri Samirə Mustafayeva, Adilə Nəzərova, Xanoğlan Əhmədov, Ayaz Salayev Fəaliyyət Planına öz təkliflərini verdilər.
Eyni zamanda, iclasda gələcək fəaliyyətlərlə bağlı əlavə müzakirələr aparıılıb, növbəti iclaslarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikir və təkliflər səsləndirilib.
© 2020 - Created by İLK XEBER.