"Yaradıcı Qadınlar" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün elan etdiyi qrant müsabiqəsində "Aztəminatlı xanımlar üçün dekorativ tətbiqi sənət kurslarının (milli keramika və milli qurama) təşkili" mövzusunda layihənin qalibi olmuşdur. Bu barədə İlkxeber.org-a layihənin rəhbəri Afaq Hüseynova məlumat vermişdir. Onun sözlərinə görə, layihəninin əsas məqsədi Azərbaycan aztəminatlı xanımlar iki milli dekorativ-tətbiqi sənət növləri (milli keramika və milli qurama) kurslarını həyata keçirməkdir. Eyni zamanda, Azərbaycanda incəsənətimizi inkişaf etdirmək, aztəminatlı xanımların iki milli dekorativ-tətbiqi sənət növləri (milli keramika və milli qurama) kurslarında əl işləri düzəltməyini öyrətməkdir. Milli suvenir kursları nəticəsində aztəminatlı xanımların (faydalananları) təzə peşə öyrənməsi gələcəkdə milli əl işlərləri satıb maddi qazanc əldə etməyə şərait yaradır. Eləcə də, bununla ölkədə turizm industriyasını əl işləri suveniri ilə təmin etməkdir.
A.Hüseynova onu da bildirib ki, layihə çərçivəsində təşkilatın rəssam-müəlimləri yüksək dərəcədə xüsusi təlim sistemi ilə kurslar təşkil edirlər. Kurslarda hər iki milli dekorativ- tətbiqi sənət növlərində (milli keramika və milli qurama) yuksək dərəcəli əl işləri suvenirləri hazırlamağı öyrədilir. Kursun sonunda Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda satış sərgisinin keçirilməsi nəzərdə tutulub. Sərgidə ən gözəl əl işlərin monitorinq satış sərgisi nümayiş olunacaq və satılan işlərdən qazancdan müəlliflərə veriləcəkdir. Layihənin müddəti 2 aydır. Sərginin avqustun 24-də təntənəli açılışı olub, sentyabrın 1-nə qədər davam edib.
© 2020 - Created by İLK XEBER.