Şair-publisist, MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu barədə – “ortaq keçmişdən ortaq gələcəyə” gedən yol haqqında “Bir göyə tapınan iki ürək” (“Бир османга талпинган икки юрак”) yazısı Daşkənddə çıxan “Xalq sözü” qəzetində yayınlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Özbəkistan parlamentinin mətbu orqanı – rəsmi dövlət qəzeti olan “Xalq sözü” Azərbaycanlı yazarın məqaləsini 1-ci və 2-ci səhifədə - Özbəkistan Prezidentinin Azərbaycana təşrifi ilə bağlı xəbərlə yanaşı verib.
Onu da vurğulayaq ki, Özbəkistanın “Kitab dünyası” qəzetinin Azərbaycan təmsilçisi və Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü olan Əkbər Qoşalı, qardaş ölkədə imzası yaxşı tanınan yazarlardandır; o, qardaş ölkələrimiz arasındakı mədəni əlaqələrə verdiyi töhfələrə görə Özbəkistan Jurnalistlər Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycanın Özbəkistandakı Səfirliyi, o cümlədən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ödülləndirilib.
© 2020 - Created by İLK XEBER.