Keçmiş səfir və oğlu həbs edildi


İrəvan məhkəməsi Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyanı həbs edib.

İlkxeber.org Xezerxeber.az-a istinadən  xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Yerli medianın yaydığı məlumata görə, paytaxtın birinci instansiya məhkəməsi bazar günü keçirdiyi iclasda sabiq diplomat barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, bu gün həmçinin diplomatın oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan da həbs edilib.

Ata və oğlu bir gün əvvəl dələduzluqda şübhəli bilinərək saxlanılıb, nəticədə dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində maddi ziyan dəyib.

Daha əvvəl prokurorluq bildirib ki, cinayət işində iştirak edən digər şəxs də (A.P) həbs edilib. Onun həbsi üçün məhkəmədə vəsatət qaldırılıb.