Pakistanlı turist Yardımlıda Azərbaycan barədə nələr danşdı

Yardımlı rayonu paytaxt Bakıdan cəmi 260 km. məsafədə yeləşir. Füsunkar təbiəti, qədim tarixə malik abidələri son illər bu rayonu turistlər üçün cəlbedici məkana çevirə bilər. Burada dini turizm, dağ turizmi üçün geniş imkanlar olsa da, təəssüf ki, bu sahələr tamamilə diqqətdən kənarda qalıb. Lakin bununla belə yerli və xarici turistlər bu gözəl məkana tez-tez turist kimi qonaq gəlməyi çox sevirlər. Məsələn, “Nisəqala konyonu” kimi tanınan çox möhtəşəm və mənzərəli məkana hər gün onlarla turist gəlir. Gur sulu dağ çayı üzərindəki bir neçə hündür şəlalələr buralara xüsusilə gözəllik verir.
İlkxeber.org-un əməkdaşı “Nisəqala konyonu”na turust kimi ziyarətə gəlmiş pakistanlı Usama Bin Şakeeldən müsahibə alaraq, təəssüratlarını bölüşməyi xahiş edib. Müsahibəni təqdim edirik: