"Məişət zorakılığına məruz qalan şəxslərin müraciətlərinə baxılmasında ədliyyə, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hüquqi maarifləndirmə işinin təşkili” layihəsi nəzərdə tutulan fəaliyyət planına əsasən 15-16-17 may tarixlərində Zaqatala rayonunda, 30-31 may 01 iyun taxirlərində Masallı rayonunda və 19-20-22 iyun taxirlərində Biləsuvar rayonunda məişət zorakılığından əziyyət çəkən şəxslərə hüquqi xidmətin təşkili haqqında keçirilən təlimlər uğurla sona çatdırıldı.
Zaqatala Qadın Resurs Mərkəzində keçirilmiş təlimdə ümumilikdə 35, Masallı Qadın Resurs Mərkəzində keçirilmiş təlimdə 25 və Biləsuvar Qadın Resurs Mərkəzində keçirilmiş təlimdə 25 polis əməkdaşı və digər hüquq mühafizə orqanı əməkdaşları iştirak etmişdir.
Lahiyə çərçivəsində məişət zorakılığına məruz qalan 45 şəxsin müraciəti əsasında hüquqi xidmət göstərilib. Hüquqi sənədləri məhkəməyə hazırlanıb. Hər rayonda 3 nəfər olmaqla 9 iş məhkəməyə aparılmışdır. Məhkəməyə qaldırılmış iş məhkəmə qətnaməsi ilə sonlandırılmışdır.
30 dəqiqəlik bədii-sənədli filim çəkildi. Filim məişət zorakılığına məruz qalmış qəhrəmanların özlərinin təhkiyyəsi əsasında canlandırılmışdır. Gender əsaslı zorakılığa məruz qalan qəhrəmanlarımız da filimdə iştirak edirlər.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral 2023-cü ildən 30 iyun 2023-cü ilə qədər müddətdə həyata keçirildi.
Məlumat üçün bildirək ki, Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin icra etdiyi Məişət zorakılığına məruz qalan şəxslərin müraciətlərinə baxılmasında ədliyyə, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hüquqi maarifləndirmə işin təşkili” layihəsnin müəllifi Natəvan Əzizovadır.
Layihənin əsas məqsədi qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasıdır.
© 2020 - Created by İLK XEBER.