Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev ili” və 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə şəhid ailəsi üzvləri və müharibə veteranlarının Heydər Əliyev Mərkəzinə ziyarətini təşkil edib.
Ilkxeber.org xəbər verir ki, ziyarətçilər Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərə aid unikal eksponatlarla yaxından tanış olublar. Muzey müasir Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Eksponatlar ziyarətçilərdə dərin təəssürat yaradıb.
Şəhid ailələri və müharibə veteranları Ulu Öndərin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünə qovuşması olduğunu xatırladaraq, Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsini yad edib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib ölkənin qalib vətəndaşı olmağın qürurunu yaşamaqdan şərəf duyduqlarını bildiriblər.
Ziyarətdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi və digər QHT təmsilçiləri də iştirak edib.
Sonda şəhid və qazi övladlarına xatirə hədiyyələri təqdim olunub.
© 2020 - Created by İLK XEBER.