İyunun 15-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə, eyni zamanda Milli Qurtuluş Gününün 30-cu ildönümünə həsr olunmuş tamaşa nümayiş olunub.
Musiqili-tarixi esse kimi təqdim olunan bu tamaşada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Tədbirdə teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.
Qeyd edək ki, bu tamaşa “Heydər Əliyev İli” çərçivəsində teatrın hazırladığı silsilə tədbirlərin davamı kimi iyunun 19-da saat 19:00-da Gəncə Dövlət Filarmoniyasında da göstəriləcək.