Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə dövlətinin başçısı seçildikdən sonra ilk xarici səfərlərini Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) və Azərbaycana edəcək.
Avropa.info bildirir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsindən verilən məlumata görə, Ərdoğan iyunun 12-13-də KKTC və Azərbaycana səfər edəcək.
Türkiyə lideri KKTC-yə səfəri zamanı ikitərəfli əlaqələrin bütün istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparacaq. Bundan əlavə, Kiprdəki vəziyyət, regional və beynəlxalq gündəlikdəki məsələlər müzakirə olunacaq.
Ərdoğan Azərbaycanın paytaxtı Bakıda Azərbaycan-Türkiyə münasibətlərinin qarşıdakı dövrdə inkişafı, regionda və dünyada vəziyyətlə bağlı danışıqlar aparacaq.
Mayın 28-də keçirilən seçkilərdə yenidən dövlət başçısı seçilən prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək.
İlkxeber.org
© 2020 - Created by İLK XEBER.