Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov Rusiyanın Lobnya şəhərində keçirilən XXVII “Rus klassikası” Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib, "Utancaq qız" mono-tamaşasındakı mükəmməl aktyor oyununa görə diploma layiq görülüb.
Xatırladaq ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin eyniadlı fantastik povesti əsasında hazırlanan bu əsərin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
İlkxeber.org xəbər verir ki, festivalda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, İran və digər ölkələrinin teatr kollektivlərinin də tamaşaları nümayiş olunub.
Qeyd edək ki, səfərdən yenicə qayıdan aktyor bu gün saat 21:00-da da "Utancaq qız"la daha bir beynəlxalq layihədə iştirak edəcək. O, "Onlife" adlı Rəqəmsal Beynəlxalq Teatr Festivalına "Zoom" proqramı vasitəsilə qatılacaq. Bu təqdimatdan sonra səhnə əsəri layihənin münsiflər heyəti və iştirakçılarının onlayn müzakirəsinə veriləcək.
© 2020 - Created by İLK XEBER.