Gülyaz Məmmədova məşhur ekstrasensin yazdığı qəzəli muğam üstə ifa edib
Rusiyada yaşayan məşhur azərbaycanlı Zirəddin Rzayev daha çox klinik psixoloq, ekstrasens kimi tanınır. Ancaq o bununla kifayətlənməyib digər sahələrdə özünü sınamağa çalışır. Məsələn, bir neçə il əvvəl mətbuatdan məlum olmuşdu ki, Z.Rzayev ekstrasensisliklə yanaşı gözəl şeirlər də yazır və bildirmişdi ki, şeirlərini toplayıb kitab çap etmək niyyətindədir.
Qeyd edək ki, Zirəddin Rzayevin yazdığı şeirlər Azərbaycanda da maraqla qarşılanmış, hətta şeirlərinə mahnılar da bəstələnmişdir. Həmin mahnılar həm müəllifin özü, həm də digər müğənnulər tərəfindən ifa olunmuşdur. Məsələn, Xalq artisti Brilliant Dadaşovanın İnstagram səhifəsində ekstrasensin ifa etdiyi “Külək” mahnısı dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. B.Dadaşova Zirəddin Rzayevin ifa etdiyi həmin mahnını “istedadlı insan hər sahədə istedadlıdır” yazaraq izləyicilərinə təqdim etmişdir.
Bugünlərdə isə Xalq artisti Gülyaz Məmmədova televiziya efirində Zirəddin Rzayevin yazdığı qəzəli muğam üstə ifa etmişdir.
Onu da xatırladaq ki, Zirəddin Rzayev öz yaradıcılığına "Ziyaəddin" təxəllüsü ilə möhür vurur.
© 2020 - Created by İLK XEBER.