Bərəkətli coğrafiyası və zəngin məzmunu ilə, onlarla fərqli inkişaf imkanını yaradıb bir araya gətirən hərtərəfli Türk mətbəxi həftəsi 21-27 may tarixlərində baş tutacaqdır. Bu il ikinci dəfə keçiriləcək olan Türk mətbəxi həftəsində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi tərəfindən "Dünyanın 26-cı Qastronomiya Şəhəri" seçilən Hatayın yerli mətbəxinə və türk mətbəxinin israfçılığa yol verməməsinə xüsusi diqqət yetiriləcək.
Ilkxeber.org xəbər verir ki, Türk mətbəxi həftəsi Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Türkiyənin dünya üzrə diplomatik nümayəndəlikləri Hatay mətbəxinin bənzərsiz dadını təbliğ etmək üçün müxtəlif tədbirlər və sosial media kampaniyaları təşkil edir.
Türk mətbəxinin qədim, dayanıqlı, tullantısız, sağlam və davamlı ənənəsi
Türk mətbəxi həftəsində iştirakçılar yerli məhsullar və ənənəvi yemək hazırlama üsulları ilə Hatayın yerli yeməklərini hazırlayacaq və qədim dayanıqlı türk mətbəxi haqqında daha çox məlumat əldə edəcəklər. Eyni zamanda, türk mətbəxinin zəngin biomüxtəlifliyi, eləcə də müxtəlif qidalanma, yemə və içmə prinsiplərinə cavab vermək istəyi və potensialı haqqında məlumat əldə etmək imkanları olacaq. İştirakçılar dayanıqlı və tullantısız yanaşma əsasında türk mətbəxinin bişirmə metodologiyası ilə praktiki təcrübə əldə edəcəklər. Sağlam və dayanıqlı türk reseptləri, birlik, bərabərlik və mədəni sabitlik çərçivəsində qurulan "Türk yemək" ritualları, iştirakçıları bir araya gətirir. Tədbir zamanı qonaqlara türk qəhvəsi, türk çayı, delikateslər və digər ləzzətlər təqdim olunacaq.
Hatay mədəniyyət mərkəzidir
Bu ilki Türk Mətbəxləri Həftəsinin dünya miqyasında keçiriləcək tədbirlərində Hatay mətbəxinin ləzzətləri üçün xüsusi menyu təqdim olunacaq. Qastronomiya sahəsində UNESCO-nun Yaradıcı Şəhərlər şəbəkəsinə daxil olan Hatay, Türkiyənin özünəməxsus mətbəxi ilə diqqət çəkən şəhərlərindən biridir. Hatay mətbəxi Aralıq dənizi iqliminin münbit torpaqlarında yetişdirilən keyfiyyətli zeytun yağını dənli bitkilər, paxlalılar, tərəvəzlər, meyvələr, yerli otlar və ədviyyatlarla birləşdirərək möcüzələr yaradır.
Tarix boyu fərqli sivilizasiyalara ev sahibliyi edən şəhər kulinariya irsi, məşhur səhər yeməyi və yüzlərlə çeşidi ilə diqqət çəkir. Türk mətbəxi həftəsində hazırlanan Hatay yeməklərinin siyahısına "bibərli çörək", "zeytun salatı", "hummus", "kısır" (bulqur salatı), "tepsi kabab" (sobada bişmiş kabab), "künefe" (pendir deserti) daxildir.Hatay mədəniyyət mərkəzidir
Bu ilki Türk Mətbəxləri Həftəsinin dünya miqyasında keçiriləcək tədbirlərində Hatay mətbəxinin ləzzətləri üçün xüsusi menyu təqdim olunacaq. Qastronomiya sahəsində UNESCO-nun Yaradıcı Şəhərlər şəbəkəsinə daxil olan Hatay, Türkiyənin özünəməxsus mətbəxi ilə diqqət çəkən şəhərlərindən biridir. Hatay mətbəxi Aralıq dənizi iqliminin münbit torpaqlarında yetişdirilən keyfiyyətli zeytun yağını dənli bitkilər, paxlalılar, tərəvəzlər, meyvələr, yerli otlar və ədviyyatlarla birləşdirərək möcüzələr yaradır.
Tarix boyu fərqli sivilizasiyalara ev sahibliyi edən şəhər kulinariya irsi, məşhur səhər yeməyi və yüzlərlə çeşidi ilə diqqət çəkir. Türk mətbəxi həftəsində hazırlanan Hatay yeməklərinin siyahısına "bibərli çörək", "zeytun salatı", "hummus", "kısır" (bulqur salatı), "tepsi kabab" (sobada bişmiş kabab), "künefe" (pendir deserti) daxildir.
© 2020 - Created by İLK XEBER.