Bakıdakı Türkiyə vətəndaşları üçün II tur seçkilərinin vaxtı açıqlandı

Prezident seçkilərinin II turu üçün Türkiyənin Azərbaycandakı səfirliyində keçiriləcək səsvermənin vaxtı açıqlanıb.

Bu barədə “İlkxeber.org-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Prezident seçkilərinin ikinci turu üçün səsvermə səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında keçiriləcək”, - rəsmi məlumatda bildirilib.