Axar.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.
Bildirilib ki, hazırda seçki bülletenlərinin 54.83 faizi sayılıb.
İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:
Rəcəb Tayyib Ərdoğan - 51,96%
Kamal Kılıçdaroğlu - 42,19%
Sinan Oğan - 5,33%
Nəticələr sayılmağa davam edir və bütün siyasi partiya rəsmiləri prosesləri izləyir.
Bu barədə AKP sözçüsü Ömər Çelik deyib.
AKP rəsmisi bildirib ki, sandıq namusdur və Türkiyə demokratik seçkinin daha bir örnəyini dünyaya göstərəcək:
"Daha nəticələr yekunlaşmadan birdən-birə qarşı ittifaqdan “Anadolu” məlumatları təhrif edir deyə yalan məlumat yaymağa başladılar.
“Anadolu” məlumatları real insanlardan alır. CHP-nin bu təlaşı nədir? Bu nə açıqlamalardır? Bizdə seçkinin nəticəsi nə olursa olsun, ona hörmətlə yanaşmaq ənənəsi var, sizdə isə hörmət etməmək və nəticələrə mane olmaq ənənəsi..
Bundan başqa, qarşı tərəfdən iki bələdiyyə sədri televiziyaya çıxıb açıqlamalar veriblər. Biabırçı bəyanatdır. Əkrəm İmamoğlu 13-cü prezidentin Kamal Kılıçdaroğlu olduğunu söylədi. Baxın, sandıqlar hələ də açılır. Üstəlik, çıxan nəticələrdən Rəcəb Tayyib Ərdoğanın öndə olduğunu görürük. Amma biz çıxıb bunla bağlı açıqlama vermirik.