NƏRGİZ AĞAYEVA,
Azərbaycan Memarlıq-İnşaat Universiteti, Memarlıq fakultəsi, “Mühit dizaynı” kafedrasının dosenti, AMİ-nin üzvi, BMA-nın professoru
e-mail: nargiz.agayeva@hotmail.com
Memarlıq və dizayn aləmində “mühit” – layihələndirmə obyekti olaraq, yaradıcılıq fəaliyyətinin məqsəd və nəticələrinin layihə mədəniyyətində birləşməsi kimi qəbul olunur. Geniş anlamda isə, mühit - bizim əhatəmiz, əşyavi-məkan çevrəmiz, insanın fərdiyyət kimi ilk təmasda olduğu “hazır münasibətlər sistemi”dir. Mühitin - insanın cəmiyyətdəki “sağlam” mövqeyinin formalaşması və müəyyənləşməsində rolu önəmli və danılmazdır.
Mühit anlayışı aşağıdakı mənaları kəsb edə bilər:
Bu müəyyənlikdən belə məna kəsb etmək olar ki, “mühit – bizim dinamik əhatəmizdir və ya daxilində nə isə baş verən əhatələnmiş məkanımızdır”.
Daha sonra, mühiti “makro” və “mikro” mühit növlərinə də bölmək olar. Makromühit – müəyyən ictimai-iqtisadi formasiyanı əhatə edən zaman kəsiyini, coğrafi-təbii landşaft səthini, şəhər, diyar, əyalət və ölkə çərçivəsindəki hazır münasibətlər sistemini təşkil edir. Mikromühit dedikdə isə, şəxsi çevrə və özəl əhatədən bəhs etmək mümkündür. Ümumilikdə isə, mühiti insan mənəviyyatının ömür boyu formalaşma mərhələlərində vacib bir faktor, silinməz bir “damğa” kimi də qəbul etmək olar. Hətta, məşhur bir deyimlə də bunu ifadə etmək olar: “insan mühitdən ayrılsa da, mühit ondan heç zaman ayrılmaz!...”.
Hazır münasibətlər sisteminin növü kimi mühitə müəyyən qanunauyğunluqlar çərçivəsində tənzimlənmiş, məxsusi davranma vasitələri də xasdır. Onlara; genetik, əxlaq və davranış normalarını, davranış normalarını diktə edəcək ideologiya, mədəniyyət, gida, geyim, musiqi, mənəvi, ənənəvi-etnik keyfiyyətlər, temperament xüsusiyyətləri, rəng yaddaçı və qavrayışı, coğrafi - təbii şəraitin vizual obraz həllinə göstərdiyi xüsusiyyətləri və s. göstərmək mümkündür.
Hal-hazırkı dövrümüz mühitin layihələndirilməsinə yeni prinsipial məsələlər qoymuş, onun bütün parametrlərini (material-fiziki, emosional-bədii, sosial və funksional-praqmatik) harmonik uyğunlaşdırmışdır. Digər mühit növləri (səhnə, din, intellektual, sosial və s.) içərisində birbaşa memarlıqla sıx əlaqəsi olan “mühit dizaynı” əsas yerlərdən birini tutur.
Memarlıq və memarlıq mühitinin dizaynını ümumi xassələr – məkantəşkiledici metodlar, görüləcək işin məqsəd və nəticələri, gələcək obyekti formalaşdıran vizual vasitələr və s.birləşdirir. Onları fərqləndirən cəhət isə yalnız son nəticədə özünü biruzə verə bilir.
Artıq 1 ildir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) nəzdində yaradılmış və səxsən özümün dosent kimi fəaliyyət göstərdiyim - “Mühit dizaynı” kafedrasının əsas iş prinsipləri haqda fikirlərimi bölüşmək istərdim...
Təhsil, bildiyimiz kimi hər bir yetirmə, tələbə və müdavimin həyatında mühüm bir yer tutur. O üzdən, XXI əsrin yetirməsi ola bilmək - nəinki gənc nəslin, həmçinin, pedaqoji heyətin də üzərinə böyük məsuliyyət hissi qoyur. Həyatın dinamikliyini, qlobal modernizm və sürətli inkisaf təmayüllərini də nəzər alsaq, prosesin nə qədər məsuliyyətli və o qədər də şərəfli olduğunun bir daha şahidi olarıq. Çünki, həqiqi pedaqoq üçün – bir tələbənin yüksək səviyyəli peşəkar, mütəxəssis, İNSAN və ŞƏXSİYYƏT kimi yetişdirilməsi – uzun müddət tələb edən şərəfli, ləyaqətli bir prosesdir!
“Mühit dizaynı” kafedrası – yarandıgı gündən etibarən, başda, kafedra müdiri vəzifəsinin icra edən - professor, m.ü.f.d., Respublikanın Əməkdar Memarı, BMA-nın akademiki Yeganə Ərşad qızı Hajıyeva olmaqla, bütün fənnlərin tədrisində (yekdilliklə), metodoloji yanaşma-təhlil üsulu əsas götürüldü. Qururla bildirmək istərdim ki, kafedranın əməkdaşları bu işin öhdəsindən şərəf və ləyaqətlə gəldilər və hələ də bu proses uğurla davam etməkdədir.
Bir qədər, innovativ metodik yanaşmalar haqda da mülahizələrimi bölüşmək istərdim...
Umimyyətlə, metodik yanaşma dedikdə;
Belə olan halda, bəs müasir memarlıq mühiti aləmində nələr baş verir? Memarlıq əsərlərində, nəinki memarın zövqü, eləcə də cəmiyyətin ilk öncə, bədii zövqü əks olunur. İstehsalın yeni texnologiyalarla artımı, insanın dünyaya və əhatə mühitinə olan münasibətini də tədricən dəyişir. Ən yüksək bina və ya ən iri aşırım yaratmağa cəhdlə, memarlıq - yeni-yeni elmi kəşflərə və dünyadakı texniki tərəqqiyə hər zaman geniş imkanlar açır. Memarlıq təcrübi istehsal növü kimi, “keçmişdə” inşaatın sınanmış və etibarlı, rahat və tanış obrazlar sistemini axtarır; digər tərəfdən isə - o, gələcəyə; orijinallıq, qeyri-adilik meyli ilə yönələrək yenilənməni daima stimullaşdırır.
31 illik şəxsi pedaqoji və təcrübi fəalliyyət mövqeyindən deyə bilərəm ki, memarlıq tədrisində əsas cəhətlərdən biri – nəzəri biliklərlə yanaşı təcrübi, sınanmış metod və prinsiplərin tətbiqi və vəhdətinə nail olmaqdır!
Bu baxımdan, “Mühit dizaynı” kafedrasının innovativ təşəbbüslərindən biri də, Memarlıq-İnşaat sektorunda öz sözünü demiş, Dünya səviyyəli mütəxəssislər, Azərbaycanda fəaliyyətlərini uğurla davam etdirən iş adamları və AzMİU-nun məşhur memar məzunları ilə mütəmadi görüslərin, peşəkar səviyyədə təlim-treninqlərin keçirilməsinə start verilməsi idi. Bu təlim-görüşlərdə nəinki tələbələr (bakalavr və magistr), həmçinin, fakultənin müəllim-pedaqoji heyəti də həvəslə iştirak edirdilər. Tələbələr arasında olan statistik sorğulara istinadən demək olar ki, təlimlərin həddən artıq maraqlı, lazımlı və innovativ xarakter daşıdıgının şahidi oluruq.
Görüş və təlimlərin əsas məqsədi – Dünya üzrə memarlıq-dizayn mühiti aləmində aktuallıq kəsb edən, ultramüasir texnologiyalar, avadanlıqlar, onların tətbiqi imkanları, yeni təmayüllər və s. məqamların müzakirə və təhlilinə nail olmaq, gənc nəsli bu yeniliklərlə yaxından tanış etməkdir.
İndiyədək, keçirilən görüş-təlimlərdə böyük məmnuniyyətlə iştirak edən, təmənnasız olaraq bilik, düşüncə və əvəzsiz təcrübələri ilə bölüşən mütəxəssisıər içərisində;
“Mühit dizaynı” kafedrasının daha bir yeniliyə imzası da, semestr boyu aktivliyi ilə fərqlənən, layihələndirmədə metodikanı uğurla mənimsəyən (“layihələndirmə-2” fənni üzrə 160 a1-160 a2 qrupları, rəhbərlər: dosent N.Ə.Ağayeva və f.ü.m.d. T.R. Əbdülrəhimova) tələbələrin kafedra adından “Təşəkkürnamə” ilə təltif olunmasıdır. Bu təşəbbüs – fəal tələbələri daha da böyük nailiyyətlərə sövq edəcək, stimullaşdırıcı və həvəsləndirici bir aktdır. Bu tərz “flash moob”lar, kafedranın digər müəllimləri, daha sonra kafedralar və fakultələr arasında da dəstək veriləcək bir ümidlə təşkil olunmuşdur.
“Mühit dizaynı” kafedrasının bir özəlliyi də - fənnlərin tədrisi ilə bağlı, tələbələrin, Bakı şəhəri və onun ətraf zonalarında fəaliyyət göstərən, şirkət, salon, şoouroom, istehsal və sənaye zolaqlarına əyani dərs-ekskursiyaların mütəmadi təşkilidir. Bu işdə, AzMİU-nun rəhbər idarə heyətinə, hər zamankı kimi, nəqliyyat vasitəsi ilə göstərdikləri dəstək üçün dərin təşəkkürlərimi yetirirəm.
Mütəmadi görüş, təlim-treninqlərin keçirilməsi üçün təmənnasız məkan dəstəyinə görə - AzMİU nəzdində fəaliyyət göstərən, “Azərbyacan-İtaliya Dizayn Mərkəzi”nin direktoru Fərid bəy Kərimova da təşəkkürlərimi yetiirirəm.
Bütün bu təşəbbüslərin kafedra müdiri Y.Ə.Hacıyeva tərəfindən dəstəklənməsi, həddən artıq qürurverici və təqdirəlayid bir missiyadır və bu yolda, “Mühit dizaynı” kafedrasının; Yeganə xanım başda olmaqla, bütün əməkdaşlarına daha da böyük uğurlar və nailiyyətlər diləməyi özümə borc bilirəm!
© 2020 - Created by İLK XEBER.