Səsvermə prossesi problemsiz şəkildə tamamlanıb.
Bu barədə Türkiyənin Türkiyə Yüksək Seçki Komissiyasının sədri Ahmet Yener deyib.
Xatırladaq ki, bu gün Türkiyədə keçirilən parlament və prezident seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb, saat 17:00-da sona çatıb.
Ölkə üzrə ümumilikdə 191 885 seçki qutusu quraşdırılıb.
Türkiyədə və xaricdə 64,1 milyondan çox seçici səs verib. Təxminən 4,9 milyon insan ilk dəfə səs verib.