Seçkilərə 3 gün qalmış sonuncu rəy sorğusunun nəticələri AÇIQLANDI - Seçki birinci turda bitəcəkmi?

“Optimar" Araşdırma Mərkəzinin rəhbəri Hilmi Daşdemir prezident seçkiləri ilə bağlı son sorğu nəticələrini ictimaiyyətlə bölüşüb.

Avropa.info bildirir ki, Ferda Yıldırımın kanalında qonaq olan "Optimar" Araşdırma Başçısı Hilmi Daşdemir, "Seçki birinci turda bitəcəkmi?" sualına da cavab verib.

"Bizim məlumatlarımız ilk turda seçkilərin bitmə ehtimalının gücləndiyi yönündədir. Bizə "ilk turda bitərmi" sualı 15 gün əvvəl verilsəydi, "İlk turda bitməz" deyərdim. 'Birinci turda bitməyəcək' deyərdim. Amma son günlərin məlumatları seçkilərin ilk turda bitəcəyini göstərir. Çox böyük bir yanılma gözləmirəm", - deyə o bildirib.

Hilmi Daşdemir qeyd edib ki, Məhərrəm İncənin səslərində azalma var: "Bu, CHP-li trollar tərəfindən edilir” .

"Optimar" Araşdırma Mərkəzinin son sorğularının nətcilərinə görə, 14 mayda keçiriləcək seçkilərdə prezidentliyi namizədlərin toplayacağı səslərin faizi aşağıdakı kimidir:

Ərdoğan 50.6 faiz

Kamal Kılıçdaroğlu: 42.3 faiz

Sinan Oğan: 5 faiz

Muharrem İnce: 2.1 faiz