Quzey Kıbrıs Türkiyə Cümhuriyyətində (KKTC) türkdilli ölkələrin və Balkan bölgəsi dövlətlərinin pediatrlarının toplantısı keçirilir.
İlkxeber.org xəbər verir ki, tədbir Türkiyənin Pediatriya Dərnəyinin təşkilatçılığı ilə Girnə şəhərindəki otellərdən birində keçirilib. Müzakirələrdə Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) rəhbəri Ənvər Həsənoğlu, IPA-nın beynəlxalq əlaqələr üzrə direktoru Kərəm Həsənoğlu, Türkiyə Pediatriya Cəmiyyətinin nümayəndələri və müxtəlif ölkələrdən 400-ə yaxın pediatr iştirak edib.
“Pediatrın bir günü” mövzusunda keçirilən tədbirin açılışında İPA-nın nümayəndəsi Həsənoğlu çıxış edərək pediatriyanın inkişafının vacibliyini qeyd edib.
Toplantı iştirakçılarını KKTC prezidenti Ersin Tatar qəbul edib. Səhiyyə sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
© 2020 - Created by İLK XEBER.