Türkiyədəki seçkilər üçün KKTC-də səsvermə prosesi başlayıb

Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) mayın 14-də keçiriləcək prezident parlament seçkiləri üçün səsvermə başlayıb.

İlkxeber.org xəbər verir ki, 140 min 111 seçicinin qeydə alındığı KKTC-də səsvermə Lefkoşa və Gazimağusada mayın 9-dək davam edəcək. Güzelyurtda səsvermə 29, 30 aprel və 1 may tarixlərində edilə bilər.

Seçicilər 16-sı Lefkoşa, 7-si Gazimağusa və 3-ü Güzelyurtda olan 26 seçki qutusundan hər hansı birində səs verə biləcək.