Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində yeni lövhə quraşdırılıb.
İlkxeber.org xəbər verir ki, sosial şəbəkələrdə bununla əlaqədar fotolar paylaşılır.
Lövhədə qeyd edilir: “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz!”
Xəbərdarlıq qeydi həmçinin rus və ingilis dillərində yazılıb.
© 2020 - Created by İLK XEBER.