Bu gün Lənkəranda Heydər Əliyev Mərkəzində Yardımlı rayonunda yaşayan şairlərlə oxucuların görüşü keçirilib. Görüş AYB Lənkəran bölməsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
İlkxeber.org xəbər verir ki, tədbirdə respublikamızın cənubunda yaşayıb-yaradan söz adamları, ziyalılar, məktəblilər, tələbələr, həmçinin bölgənin tanınmış musiqiçiləri iştirak ediblər.
Yardımlıdan gələn şairlər Sakit İlkin, Iqbal Nəhmət, Pənah Dumanoğlu, Mərdan Dadaşlı, Güloğlan Imanov, Səfail Adiloğlu, qiraətçi Abdul Əsgərli və gözəl saz ifaçısı Çingiz Əhmədovun çıxışları iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Tədbir əsil söz, musiqi bayramı kimi yaddaşlara yazılıb.
© 2020 - Created by İLK XEBER.