Azərbaycanın bütün guşələrində olduğu kimi Yardımlı rayonununda da məktəblilər baharın gəlişinin müjdəçisi və əsil dünyəvi bayram olan Novruz bayramını təntənəli surətdə qeyd ediblər. Belə bayram şənliklərindən biri M.F.Axundov adına Yardımlı şəhər 1 saylı tam orta məktəbində təşkil olunub. Adı çəkilən məktəbin II “b” sinif şagirdlərinin Novruz bayramı münasibətilə hazırladıqları tədbir xüsusilə yadda qalan olub.
Bayram şənliyində II “b” sinif şagirdlərinin milli geyimlərdə nümayiş etdirdikləri müxtəlif səhnəciklər, milli rəqslərimiz, Novruz bayramına aid şən mahnılar, şeirlər tədbirə daha da rəngarənglik qatıb.
Qeyd edək ki, Novruz şənliyinin yüksək səviyyədə təşkilinə görə sinif rəhbəri Nüşabə müəllimə Səfərliyə məktəb rəhbərliyi və kollektiv tərəfindən təşəkkür edilib.
© 2020 - Created by İLK XEBER.