Nəsib Abid,
müəllim-filoloq
Müdriklik insanın həyatı və dünyanı anlamağı düşünməsinin zirvəsidir. Müdriklik insanın fərqliliklərini üzə çıxaran bilik və bacarıqlarının nəticəsidir. Müdriklik insanın amal və iradəsinin həyatla bağlantılı düşünərliyidir. Həyatı və dünyanın anlamaq insanın ömür yolunun mənəvi biçimi ilə daima özləşir. İnsan düşüncəsinin zehni aktivliyi daima insanın həyat fərqliliklərini üzə çıxardır. İnsanın həyatla və təbiətlə bağlantılı düşünərliyi onun bəsirətini ortaya qoyur.
El məhəbbətini qazanmaq insanın həyat obrazını canlandıran bir ayrıcalıqdır. El məhəbbətini daima, öz əməli ilə canlı tutmaq bir şəxsi iradədir. El məhəbbətini ilmə-ilmə gələcək nəslə axtarmaq bir insani örnəkdir.
Həkimlik, olduqca möhtəşəm və həm də ictimai bir həyat məsləyidir.
Həkimlik, peşə kimi də, sənət kimi də insanlığın həyat sənətidir.
Həkimlik sağlamlığın qorunması naminə ayaqda tutulan insanlığın məsləyidir.
Adı ilə çağrılan məslək Həkimlikdir
Adı ilə sanılan məslək Həkimlikdur.
Adı ilə sevilən məslək Həkimlikdir.
Həkimlik sənəti ən qədim həyatı qurtarma sənətidir.
Həkimlik sənəti, ən müqəddəs həyatı qoruma sənətidir
Həkimlik sənəti, sağlamlığı gözləmə və Sevgi sağlamlığa xidmət etmək sənətidir.
Himayət Mahmudov öz bacarığı, biliyi, müdrikliyi ilə el-obası içərisində hörmət qazammış həkim-ziyalılarımızdan biridir. Həkimlik sənəti, elmi biliklə həyati təcrübənin sintezinin birləşməsindən yaranan sənətdir. Həkimlik olduqca möhtəşəm bir sənət kimi, məsuliyyətli və şərəfli bir sənətdir.
Himayət həkim öz doğma elinin həkimidir. Həyatda bir həkim kimi tanınmaq, özü bir şərəfdir.
...Gözəl Şairimiz Ülvi Aydının şerində həkimlik sənətinin ülviyyəti ifadə olunub:
Dərdimin dərmanın tapa bilmirəm,
Bu dərdə, bir çarə Sən eylə, Həkim!
Köhnə yaralarım yenə qan verir,
Amandır, bir çarə Sən eylə, Həkim!
Axtardım dünyanı, tapmadım çara,
Yaranın üstündən vurdular yara,
Gəlmişəm, dərdlərin əlindən zara,
Amandır, bir çarə, sən eylə, Həkim!
Dərd - çarəsi ilk baxışda məlum olmayan xəstəlik simtomudur.
Dərd - çarəsi öyrənilən və aşkarlan xəstəliyin adıdır.
Dərd - çarəsi tapılan və müalicə olunan xəstəliyin ünvanıdır…
Həkim dərdi tapan və aşkarlayan sağlamlıq ustasıdır.
Həkim dərdi təsnif edən və öyrənən sənət adamıdır.
Həkim dərdin əlaçını öz şəfalı əlləri ilə sağaldan həyat insanıdır.
Himayət Mahmudov ömrünün tam əlli ilini bu müqəddəs peşəyə sərf etməklə keçirən Ruh insandır.
Ağrımla-acımla, gəlmişəm Sənə,
Bir dinlə qəbimi, kömək et mənə,
Görürsən, dərdlərim qovrulur yenə,
Amandır, bir çarə, sən eylə, Həkim!
Ülvini, bu dərdlər yaman bezdirib,
Ağrılar-acılar, canın üzdürüb,
Görərlər, bir gün də, məni öldürüb,
Amandır, bir çarə, sən eylə, Həkim!
Həkimlik sənəti, Loğman sənətidir. Həkimlik sənəti, İbn -Sina sənətidir.
Həkimlik sənəti, peyğəmbər sənətidir. " Qurani -Kərim"də adı keçən Loğman adı sonradan əfsanəyə çevrildi. "Hippokrat Andı" sağlamlığın qorunması andına çevrildi..
Mürsəl peyğəmbərlərdən olan Həzrəti İsa öz həkimliyi ilə həkimliyi, insanı həyata qaytarmağın Həkim-peyğəmbər kimi insanlığın həyat sınağına Çəkildi.
Himayət Mahmudov öz yüksək şəxsiyyəti ilə Həkimlik sənətini El içində tanıda bildi. Öz sənəti ilə özünü həyatda tanıdan insan xoşbəxtdir...
Gözəl Şairimiz Firudin Behzadın həkimlər haqqında yazdığı şeirdə həkimlik sənətinə dərin hörmət ifadə olunub:
Həkimdə Allahın nəzəri vardır,
Həkimin əli ilə şəfa paylanır.
Dili də, Sözü də dərmandır, dərman!
Ərşidən Mələklər, Fərşə boylanır.
Həkimin, əli ilə, şəfa paylanır.
Ömür, xəstəliyin Qəmi ilə ötür,
Ümidlər, ürəkdə helmlə bitir,
Ağrılar həkimin əli ilə itir,
Xəstələr həkimə eşqlə haylanır,
Həkimin əli ilə şəfa paylanır!
Burda xətm eyləsin, Behzad sözünü,
Ürəklər oynadan sözün düzünü,
Xəstələr həkimə dikir gözünü,
İnam, həkimlərin gözündə yanır,
Həkimin əlində, şəfa paylanır!
Həkimlik nur sənətidir. Həkimlik sevgi sənətidir. Həkimlik könül sənətidir. Himayət Mahmudov öz həyatı ilə el-obaya örnək bir həkimdir.
Himayət Mahmudov öz sənəti ilə xəstələrə işıq verib. Göz həkimi olmaq bir alın yazısı olsa da, Himayət Mahmudov öz sənətinin bilicisi kimi el-obasının ümid yerinə çevrildi.
Himayət Mahmudov ağ saçları ilə ömrünün ən şərəfli səhifəsini xalqa xidmətlə keçirib. El ağsaqqalı adı ilə həkim adını şərəflə daşıyan Himayət Nahmudova böyük el məhəbbəti var.
Vəzifə - rəsmi statusa əsaslanan bir icraaatdır.
Vəzifə - qanunla icra olunan bir dövlət işidir.
Vəzifə - qayda-qanun çərçivəsində görülən sahədir.
Həkimlik həm vəzifə kimi insanlığın həyat sənətidir, həm də sənətə peşə kimi də insanlığın könül sənətidir.
Böyük şair Bəhmən Vətənoğlunun məşhur Aşıq Ədalət Nəsibova xitabən yazdığı şeirdə həkim-xəstə obrazı olduqca kövrək həyat həqiqətini ifadə edir:
Həkim qardaş, xeyli olar,
Həsrətdir, telə barmaqlar.
Yalvarıram, bir əlac et,
Ölməsin, belə barmaqlar.
Həkim, aşıq, el üçündür,
Əllərimiz, əl üçündür,
Hər bir barmaq, tel üçündür,
Qoymayınan, ölə barmaqlar.
Şəfa ver, xəstə yatana,
Ruh versin, qəmə batana,
Bəhmən tək gövhər satana,
Gərəkdir, hələ barmaqlar.
Hər bir Əsrin öz Adamı var. Hər bir Əsrin öz xəstəlikləri var.
Hər bir Əsrin öz Həkimi var. Himayət Mahmudov Əsrin Həkimi kimi dəyərlidir. Himayət Mahmudov el-obanın Ağsaqqalıdır. Himayət Mahmudov Həkimlik peşəsini sevib-sevdirən əsil ziyalıdır.
Həkim-endokrinoloq Himayət Mahmudov Yardımlı rayon Mərkəzi xəstəxanasının baş həkimi olanda da, öz şöbəsinin müdiri kimi də illərini verib Həkimlik sənətinə.
Həkim-qardaşım Himayət Mahmudovu ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm və cansağlığı arzulayıram.
© 2020 - Created by İLK XEBER.