Türkiyənin qeyri-hökumət təşkilatlarından biri olan Qadın və Demokratiya Fondu (KADEM) bütün Türkiyəyə zəlzələ qurbanları üçün “Yaraları Birlikdə Sağaldaq” çağırışı edib.
KADEM mərkəzi Kahramanmaraş olan 7,7 və 7,4 bal gücündə zəlzələlərdən sonra ilk andan etibarən hərəkətə keçərək başda Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adana olmaqla, Suriya və ətraf bölgələrdə çətinliklərin aradan qaldırılması və zəlzələ qurbanlarının təcili ehtiyaclarının qarşılanması üçün səfərbərliyə başlayıb.
KADEM zəlzələdən zərər çəkənlər üçün başlatdığı yardım kampaniyasında bütün Türkiyəni təcili ehtiyaclarla bağlı köməyə çağırıb. Kampaniya çərçivəsində bölgəyə termal geyim, adyal, paltar, şərf, papaq, corab, uşaq qidası və uşaq bezi, gigiyenik məhsullar, vitaminlər, fərdi qulluq məhsulları və zəruri ehtiyacları çatdıran fond həmçinin nağd pul yardımı toplayıb.
Fondun hesabına edilən 11 milyon 220 min TL-lik nağd ianə ilə birlikdə ümumilikdə 4 TIR ərzaq, 2 TIR su, 3 tanker yanacaq, 1 TIR uşaq bezi, uşaq qidası və nəm salfet, 3500 adyal, 8000 şarf, papaq və əlcək, 25000 gigiyenik məhsul, 5000 yağmurluq, 65 min nəfərlik qadın, kişi və uşaq alt paltarları, 22 minlik qadın, kişi və uşaq termal geyimləri, 1000 powerbank, 2000 şal, 250 piknik qaz balonu, 30000 dəst corab, 110 çadır və 110 soba zəlzələ bölgəsinə çatdırılıb.
© 2020 - Created by İLK XEBER.