Türkiyə Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra səfərbər olarkən, Cənubi Kiprin yeni prezidenti Kristodulides “Adada türk işğalına son qoyacağam” deyərək, “Xəyalımdakı Kiprdə biz və onlar yoxdur” deyib. Kristodulidesin dediyi bu sözlər “savaş təhdidi” kimi şərh edilib.
Bölgədəki axtarış-xilasetmə və humanitar yardım işlərində bütün vətəndaşlar dövlətlə əl-ələ verib.
Qəhrəman türk əsgəri də bölgəyə gedərək təhlükəsizliyi təmin edib.
Bundan əlavə, qəhrəman Mehmetçik bölgədəki axtarış-xilasetmə fəaliyyətlərini və humanitar yardım səylərini dəstəkləyib.
Türkiyədə dövlət, millət və ordu yaraları sarmağa çalışarkən bir çox ölkədən zəlzələ bölgələrinə dəstək gəlib. Quzey Kıbrıs Türk Cümhuriyyəti də Türkiyəyə yardıma qoşub.
İlkxeber.org xəbər verir ki, bütün dünyanın diqqəti Türkiyədə baş verən zəlzələlərə yönəldiyi bir vaxtda Cənubi Kiprin yunan hissəsində keçirilən seçkilərdə qalib gələrək hakimiyyətə yiyələnən yeni prezident Nikos Kristodoulidis az qala türkləri müharibə ilə hədələyəb.
“Euronews” xəbər verir ki, Kristodulid qələbə çıxışında adanı birləşdirməyi hədəflədiyini bildirib.
51,9 faiz səs alan 49 yaşlı siyasətçi, "Ən böyük məqsədim türk işğalına son qoymaq və vətənimizi birləşdirməkdir. Əsas məsələlərin öhdəsindən gəlmək, dialoqu bərpa etmək və Kipr probleminin həlli üçün lazımi şərait yaratmaq üçün hər şeyi edəcəyəm", deyərək, sərsəm bir bəyanat verib:
"Xəyalımdakı Kiprdə "biz" və ya "onlar" yoxdur. Xəyalımdakı Kiprdə bütün kiprlilərin prezidenti olacağam".
© 2020 - Created by İLK XEBER.