Milli QHT Forumu Cahit Bağçıya başsağlığı verdi

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq bu ölkənin Azərhaycandakı səfiri Cahit Bağçıya məktub ünvanlayıb.

İlkxeber.org-a daxil olan məktubda qeyd edilir ki, Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 bal gücündə zəlzələ nəticəsində Türkiyə vətəndaşlarının həlak olması və yaralanması xəbərindən son dərəcə kədərləndiyimizi və hər zaman olduğu kimi qardaş türk xalqının yanında olduğumuzu bildiririk.

Bu ağır faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, bütün türk xalqına Azərbaycan Milli QHT Forumu adından və öz adımdan dərin hüznlə başsağlığı diləyir, yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalan türk bacı-qardaşlarımızın tezliklə xilas edilməsini arzulayırıq.