Bəzi səfirlik və konsulluqların təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanmaq qərarı Türkiyəyə qarşı psixoloji müharibəyə başlamaqdır.
Ilkxeber.org xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
“60 milyon turist hədəfini təyin etdiyimizi və 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız gün səfirliklər vasitəsilə Türkiyəyə qarşı yeni psixoloji müharibəyə başladılar”, deyə Süleyman Soylu qeyd edib.
Bu ölkələrin məqsədlərinin Türkiyənin sabitliyinə və əmin-amanlığına kölgə salmaq olduğunu hər kəsin çox yaxşı bildiyini vurğulayan daxili işlər naziri “Bu ölkədə səfirlər Türkiyəyə qarşı bəyannamə yayımlamışdılar. Bunun səbəbi Türkiyədə hüquqa müdaxilə etmək və Türkiyədə sabitliyi pozmaqdır. İstiqlal küçəsində bombalı hücumun, Hatayda polis məntəqəsinə edilən hücumun 2022-ci ildə səfirlərin imzaladığı bəyannamədən bir fərqi yoxdur, eynisidir. İçlərində qalmış böyük planın bir hissəsidir. Türkiyəyə qarşı yayımladıqları bəyannamədə hansı səfir bu bəyannaməni imzalamağı tövsiyə edibsə, Türkiyədə təxminən 3-4 gündür bir DEAŞ hadisəsi üzərindən səfirliklərin, bəzi ibadət yerlərinin təhlükə altında olduğunu ortaya qoyaraq, bir qurumumuza verdiyi kəşfiyyat xarakterli bir qeydlə digər səfirlərə də 'Biz bağlayırıq, siz də bağlayın' düşüncəsini aşılayaraq, 60 milyon turist hədəfi qoyduğumuz bir gündə, 51 milyon turistin gəldiyini, 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız bir gündə Türkiyədə yeni psixoloji müharibəyə başlamaq ərəfəsində olublar”, deyib.
Qeyd edək ki, Türkiyə ilə bağlı təhlükəsizlik xəbərdarlığı edən və ya bəzi diplomatik və konsulluq nümayəndəliklərini müvəqqəti bağlayan ABŞ, Hollandiya, İsveçrə, İsveç, İngiltərə, Almaniya, Belçika, Fransa və İtaliyanın bu ölkədəki səfirləri və nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq, Ankaranın mövqeyi çatdırılıb.
© 2020 - Created by İLK XEBER.