Antalyada həftəsonu isti keçir. Yerli sakinlər və Türkiyənin turizm paytaxtının qonaqları dənizdə üzmək və kanoedə gəzmək imkanı əldə ediblər.
İlkxeber.org xəbər verir ki, Antalyada hava və suyun temperaturu 18 dərəcəyə qədər istiləşib.
Konyaaltı, Lara və Sarısunun məşhur çimərlikləri isti günəş işığından həzz almaq, sadəcə gəzmək və uşaqları ilə əylənmək istəyənlərlə dolu olub.
Konyaaltı çimərliyi ilə üzbəüz Beydağları dağlarının zirvəsinin qarla örtülməsi, eyni çimərliyə cəmi 50 km məsafədə yerləşən Saklıkent xizək kurortunun qış idmanı həvəskarlarını qarşılaması diqqət çəkir.
© 2020 - Created by İLK XEBER.