Türk hərbçiləri Kıbrıs türklərinin təhlükəsizliyinin yeganə təminatçısıdır.
Ilkxeber.org xəbər verir ki, bunu Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu ada dövlətinin paytaxtı Lefkosa yaxınlığındakı dövlət sərhədinə səfəri zamanı deyib.
Diplomatiya rəhbəri Metexan keçid məntəqəsindən Kiçikqaymaqlı məhəlləsinə qədər, bir sıra hərbi keçid məntəqələrində olub.
Naziri KKTC təhlükəsizlik qüvvələrinin komandanı general Zorlu Topaloğlu müşayiət edib.
“KKTC bu gün ancaq çəkindirici amil, yəni Türkiyə Silahlı Qüvvələri sayəsində təhlükəsizdir”, - deyə Ertuğruloğlu bildirib.
© 2020 - Created by İLK XEBER.