Antalyada Asiya Parlament Assambleyasının 13-cü Baş Assambleyası keçirilir - FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun ev sahibliyi ilə ötən gün Antalyada keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Baş Assambleyasının ikinci günü keçirilib. 

Ilkxeber.org xəbər verir ki, “Beynəlxalq dinamikanın dəyişməsində çoxtərəfliliyin təşviq edilməsi” mövzusunda keçirilən Baş Assambleyaya APA-ya üzv 27 ölkənin parlament nümayəndə heyəti qatılıb. 

Müxtəlif zallarda keçirilən sessiyalarda qonaq nümayəndə heyətlərinin rəhbərləri təqdimatlarla çıxış ediblər. Baş Assambleya çərçivəsində ikitərəfli və üçtərəfli görüşlər də keçirilib. 

İclasda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bager Qalibaf, Yəmən Nümayəndələr Palatasının sədri Sultan Səid Abdullah əl-Bərkani ilə yanaşı, Şərqi Timor, Səudiyyə Ərəbistanı və Türkmənistanın spikerləri iştirak ediblər. İraq, Fələstin, Rusiya, İordaniya və Oman nümayəndə heyətlərinə parlament sədrinin müavini rəhbərlik edib. 

İclasda xüsusi qonaq qismində Respublika Məclisinin sədri Zorlu Töre və onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. 

Ümumi yığıncaqda İcraiyyə Şurasının iclasları ilə yanaşı, APA-nın daimi komissiyalarının iclasları keçirilib və qərar layihələri müzakirə edilib. 

Dünən keçirilən və bir çox mühüm mövzuların müzakirə edildiyi yekun iclasında Antalya bəyannaməsi qəbul edilib.