Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Təhlükəsizlik Qüvvələri Komandanlığının bölmələri Aralıq dənizində axtarış-xilasetmə təlimləri keçirib.
İlkxeber.org-un məlumatına görə, Komandanlığın mətbuat xidməti açıqlamasında bildirib ki, sahil mühafizəsi və aviasiya bölmələri ŞKTC-nin ərazi sularında baş verə biləcək qəzalara cavab tədbirləri həyata keçirmək üçün təlimlər keçirib.
Açıqlamada Təhlükəsizlik Qüvvələri Komandanlığının KKTC-nin quru, dəniz və hava məkanında sülh və təhlükəsizliyin təminatçısı olmağa davam edəcəyi vurğulanır.
© 2020 - Created by İLK XEBER.