SEPAH-ın komandirlərindən olan briqada generalı Əmir Əli Hacızadə, Məhsa Əmininin həbsindən sonra ölümündən sonra İranda başlayan nümayişlərdə təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini açıqlayıb.
İlkxeber.org xəbər verir ki, İrandan yayımlanan Tələbə Xəbər Şəbəkəsinin (SNN) məlumatına görə, paytaxt Tehrandakı Şəhid Rəcayi Universitetində çıxış edən SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı Hacızadə ölkədə iki ay yarımdır davam edən etiraz aksiyalarına toxunub.
Nümayişlərin rejim əleyhdarları tərəfindən təşkil edildiyini, lakin nümayişlərdə iştirak edən hər kəsi günahlandırmaq lazım olmadığını bildirən Hacızadə, “İğtişaşlara aldananlar əksinqilabçı deyillər, onlar bizim övladlarımızın, xalqımızın bir parçasıdır", deyib.
Ölkədə gənclərin “düşməni tanımadığını” deyən Hacızadə universitetlərdə bu mövzuda mühazirələr oxunmalı olduğunu bildirib.
İran komandiri çıxışında nümayişlərdə həyatını itirənlərin sayı ilə bağlı ilk rəsmi açıqlamanı verib və “Bu iki ayda düşməni tanıtdıra bilmədiyimiz üçün 300-dən çox insan ölüb və ya şəhid olub” deyib.
© 2020 - Created by İLK XEBER.