Ankara Suriyanın şimalında və İraqda hava əməliyyatı zamanı hərəkətlərini Moskva ilə koordinasiya edib.
lkxeber.org xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın çərşənbə axşamı AHaber telekanalına müsahibəsində deyib.
“Hərbi hava qüvvələrinin əməliyyatları keçirmək planlarımızla bağlı bu məsələlər müzakirə olunur. Tell Rıfatda hava məkanına necə daxil olduq? Biz bunu Rusiya Federasiyası ilə müzakirə etdik və hərəkətlərimizi əlaqələndirdik. Planlaşdırırıq, müzakirə edirik, koordinasiya edirik, fəaliyyət göstəririk”, - Kalın bildirib.
Xatırladaq ki, noyabrın 20-dən Türkiyə Suriyanın şimalında PKK terror təşkilarının Suriya qanadına qarşı hava əməliyyatı keçirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının keçiriləcəyini istisna etməyib.
© 2020 - Created by İLK XEBER.