Türkiyənin Daxili İşlər Nazirliyi noyabrın 13-də 6 nəfərin ölümü ilə nəticələnən İstanbul terrorunu törədənin qaçan şərikinin şəklini yayıb.
Avropa.info xəbər verir ki, şəkildə axtarışda olan Bilal Həsən terror təşkilatı PKK-nın Suriya qanadı - YPG-nin simvolları fonunda pozalar verib.
Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayışla bağlı aparılan istintaq çərçivəsində Türkiyə Baş Prokurorluğu 59 nəfərin saxlandığını, onlardan 24-ü məhkəmənin qərarı ilə həbs olunduğunu açıqlayıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Tvitter hesabında yazıb ki, Bilal Həsənin qardaşı artıq saxlanılıb.
Prokurorluğun məlumatına görə, Türkiyə metropolisindəki terror aktı Suriyanın şimalında fəaliyyət göstərən YPG/PKK terrorçularının liderlərinin göstərişi ilə təşkil edilib
© 2020 - Created by İLK XEBER.