Nəhayət bu gün “Tarix yazan igidlərimiz" sənədli filminin ADPU-nun 2-ci korpusunda geniş təqdimatı keçirildi.
Tanınmış ictimai xadim, şair puplisist Fəxrəddin Meydanlı tədbiri açaraq filmin bədii, fəlsəfi. ictimai əhəmiyyətindən danışdı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra filmin ssenari müəllifi Əkrəm Bəydəmirli və rejissoru Mübariz Nağıyev bu möhtəşəm yaradıcı işin bir çox zəruri məqamlarına nəzər saldılar. Daha sonra 32 dəqiqəlik “Tarix yazan igidlərimiz"sənədli filmi nümayiş olundu.
Xatırladırıq ki, bu film Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışları” layihəsi çərçivəsində çəkilib.
Şəhidlərimizin əziz xatirəsinə ehtiramımızı bildirirək “Tarix yazan igidlərimiz" sənədli filmini yüksək səviyyədə ərsəyə gətirilib. Gənclərin dünyagörüşünə, həyata baxışına bu, filmlər təsir etmək gücündədir. Bu baxımdan qəhrəmanlarımızın həyat yolu və döyüş anlarından bəhs edən filmi çəkmək strateji mahiyyət kəsb edir. Hər bir Şəhidimiz qəhrəmandır. Onların hər biri haqqında kitablar yazılmalı, filmlər çəkilməlidir.
44 günlük Vətən müharibəsində böyük fədakarlıq göstərən 18 yaşlı gəncimiz Həsənağa Şirvaninin, I və II Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Samir Şükürovun, XTQ-nin əfasənəvi döyüşçüsü, Şuşanın fatehlərindən biri gizir Samir Mehdiyevin həyat və döyüş yolundan bəhs edən “Tarix yazan igidlərimiz" sənədli filmi geniş auditoriya tərəfindən böyük coşquyla qarşılandı.
Tədbirdə 20 Yanvar İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Hikmət Ağayev, Şəhid Samir Mehdiyevin anası Mahirə Mehdiyeva, I və II Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Samir Şükürovun həyat yoldaşı Zümrüd Şükürova, XTQ-nin əfasənəvi döyüşçülərindən biri, qazi Elçin Fətullayev və digərləri “Tarix yazan igidlərimiz” filmi haqqında fikir və mülahizələrini bildirdilər. Filmin təqdimatına dövlət qurumunun nümayəndələri, media təmsilçiləri, QHT sədrləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və çoxsaylı tələbələri qatılmışdı. Ümumilikdə filmin təqdimatında iştirakçıların sayı 130-a yaxın olub.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin media ilə əlaqədar qrupu
© 2020 - Created by İLK XEBER.