Bakı metrosunda qatarla “Qara Qarayev”dən “Fikrət Əmirov”a getmək…
Qəzənfər Həmidoğlu
Üç gündən sonra, noyabrın 22-də dahi bəstəkarımız Fikrət Əmirovun 100 illik yubileyidir. Böyük Üzeyir Hacıbəyli və Qara Qarayevlə birlikdə Azərbaycan musiqisinin gəlmiş-keçmiş üç nəhəngindən biri olan Fikrət Əmirov xatirəsinin daha miqyaslı əbədiləşdirilməsinə haqq edir.
Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının böyük bəstəkarın yubileyinə hansı təşəbbüs və təkliflərinin olmasından xəbərdar deyiləm, amma gözəl şairimiz Dəmir Çeşməlinin maraqlı bir təşəbbüsü var. Dəmir müəllim FB-dəki statusunda yazır: “Inşaatçılar metrosu dayanacağı...Qatar dayanır... dayanır Reyhan mahnısı sədaları altında...nə gözəl. Həmin an dahi Fikrət Əmirov yada düşür... nə gözəl...Amma bu ölməz mahnının İnşaatçılara nə aidiyyəti var, amma Fikrət Əmirova aidiyyəti var, deyəsən axı...”
Gözəl təşəbbüsdür. Həm də məqamıdır…
Qatara Bakı metrosunun Qara Qarayev stansiyasında minirsən və Fikrət Əmirov metrostansiyasında düşürsən… Dahiyə “yer vermək” inşaatçıların da xətrinə dəyməz…
© 2020 - Created by İLK XEBER.