Türkiyədə güclü zəlzələ: 2 ölü, 50 yaralı sayı - FOTO

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

İlkxeber.org xəbər verir ki, zəlzələdən sonra iki nəfər ürəktutmadan dünyasını dəyişib.

Ölənlərdən biri 48 yaşlı Hikmət Çələbi, digəri isə 63 yaşlı Sevim Çengeldir. Həmin şəxslər zəlzələdən sonra yaşadıqları həyəcan səbəbindən ürəktutmadan vəfat ediblər.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Tekirdağdan İzmirə qədər bir çox vilayətdə hiss olunan zəlzələdən sonra bölgədə təkanlar davam edir.

***

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Hazırki məlumata görə, yaralıların sayı Düzcədə 37 İstanbulda 1 Zonguldakda 6 Sakaryada 1 Boluda 1 nəfər olmaq üzrə 46 nəfərə çatıb.

***

Türkiyənin şimal-qərbindəki Düzce vilayətinin Gölak bölgəsində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb. 

Bu barədə noyabrın 23-də Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib. 

Səhiyyə nazirinin sözlərinə görə, yaralılardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. 

Yerli vaxtla saat 04.08-də qeydə alınan yeraltı təkanlar İstanbul, Bolu, Sakarya, Ankara, Bartın, Kocaeli, Kütahya, Biləcik, Zonquldak, Bursa və İzmirdə hiss olunub. 

Bolu valisi Erkan Kılıç bildirib ki, zəlzələ zamanı bir neçə vətəndaş təşviş içində balkondan atılıb. 

Eyni zamanda, Türkiyənin daxili işlər naziri Süleyman Soylu AFAD və Xilasetmə Xidməti 112-yə ölən və yaralananlar barədə məlumat daxil olmadığını bildirib. 

Onun sözlərinə görə, zəlzələ nəticəsində irimiqyaslı dağıntılar barədə də məlumat yoxdur. 

Nazir vurğulayıb ki, zəlzələdən sonra 70-dən çox afterşok qeydə alınıb. 

Soylu, AFAD və Türk Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarının yerli sakinlərə yorğan və ləvazimat payladığını bildirib. 

AFAD-ın məlumatına görə, zəlzələdən sonra maqnitudası 4,3 bal olan 74 afterşok qeydə alınıb. 

AFAD-nın məlumatına görə, Türkiyənin şimal-qərbində baş verən zəlzələ nəticəsində zərər çəkənlərin sayı 37, Düzce, İstanbul, Zonquldak, Sakarya və Boluda hərəsi bir nəfər olmaqla 46 nəfərə çatıb. 

Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kərəm Kınık sosial şəbəkədəki səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələdən zərər çəkmiş vətəndaşların bütün ehtiyaclarının ödənilməsi barədə göstəriş verdiyini bildirib. 

Düzce valisi Cevdet Atay zəlzələ ilə əlaqədar təhsil müəssisələrində dərslərin bir günlük ləğv edildiyini bildirib. 

Yanacaqdoldurma məntəqəsində uzun növbələr yaranıb. İnsanlar küçələrdə ocaq yandıraraq isinməyə çalışırlar.