“Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə...44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsinə 01 oktyabr 2022-ci il tarixdən etibarən start verildi.
Təşkilat oktyabr ayında Bakı şəhərində iki orta məktəbdə 44 günlük zəfər tariximizə həsr olunmuş tədbir keçirmişdir. Üçüncü tədbir 14 noyabr 2022-ci il tarixdə Tərtər rayon R.Kərimov adına Sarov kənd tam orta məktəbində 8-9-10-cu sinif şagirdləri arasında inşa müsabiqəsi ilə davam etdi. Təşkilat nümayəndələri sinif otağında olan şagirdlərə layihə haqqında məlumat verdikdən sonra, şagirdləri inşanın mövzusu və şərtləri ilə tanış etdilər.
İnşalar orta məktəbin müəllimləri və təşkilatın ekspertləri tərəfindən yoxlanıb qiymətləndirildikdən sonra tədbir məktəbin akt zalında davam etdi. Tədbir şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlandı. Sonra isə tədbir Azərbacan Respublikasının himni ilə davam etdi. Bildirək ki, tədbirdə Tərtər rayon İcra Hakimiyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Sarov kənd tam orta məktəinin direktoru Rüfət İsmayılov, Sarov kəndinin şəhidi Şirinli Nurlan Qədir oğlunun anası Esmira Şirinova, AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, tarixçi Vəfa Şamilova, Sarov kəndinin qaziləri Kürdoğlu Abbaslı, Təhmuraz Muradov və Vətən müharibəsi iştirakcısı Şirinov Kamil də iştirak edirdi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Rüfət İsmayılov belə tədbirlərin əhəmiyyətindən danışaraq, istər müəllimlərin, istərsə də şagirdlərin fəallığından çox razı qaldığını bildirdi. Sonra isə iştirakçıları məktəb şagirdləri tərəfindən hazırlanan proqrama baxmağa dəvət etdi. Məktəblilər 44 günlük zəfər tarixini, şəhidləri, qazilərin qəhrəmanlığını tərənnüm edən şeirlər söylədilər. Növbəti çıxış təşkilatın sədri Araz Şamilov tərəfindən oldu. Layihə haqqında iştirakçılara geniş məlumat verən Araz Şamilov gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirəcəyini bildirdi. Tədbirdə çıxış edən şəhid anası Esmira Şirinova oğlunun cəbhədə göstərdiyi qəhrəmanlıqdan, əsgərlərimizin bir-birinə olan sədaqətindən danışaraq bildirdi ki, bu gün ən böyük təsəllisi dövlətin, xalqın şəhidlərə olan ehtiramı, hörmətidir. İştirakçılara öz ürək sözlərini söyləyən Esmira xanım şagirdlərə Vətənimizi çox sevməyi, onu göz bəbəyimiz kimi qorumağı tövsiyə edərək, eyni zamanda düşmənlərimizə qarşı mübarizədə savadlı şəkildə mübarizə aparmağı da tapşırdılar.
Sonda tədbirin əhəmiyyətinə toxunan Tərtər rayon icra hakimiətinin nümaəndəsi Rəqsanə Məmmədli müəllimləri belə tədbirlərin tez-tez keçirilməsinə çağırdı. “Məhz belə tədbirlər uşaqlarda milli kimlik, vətənpərvərlik hissini gücləndirir. Bu mənada hər birimizin üzərinə böyük məsuliyət düşür. Vətənimiz üçün canından keçən heç bir şəhid, qazi unudulmamalıdır”.
Tədbirin sonunda təşkilatın sədri A.Şamilov inşa müsaiqəsinin qaliblərini səhnəyə dəvət etdi. Beləliklə, Tərtər rayonunun Sarov kənd tam orta məktəbində “Vətən mənə oğul desə...” mövzusu üzrə keçirilən inşa müsabiqəsinin qalibləri: Səbinə Hüsenova I yer üzrə, Səid Salmanov və Sahibə Hüsenli II yer üzrə, Rəvan İsmayılzadə, Günel Həsənli, Nurtac Hünbətli III yer üzrə seçildi. Qaliblərə mükafatlar verildikdən sonra inşa müsabiqəsində iştirak edən bütün iştirakçılara diplom təqdim edildi. Eyni zamanda tədbirdə iştirak edən şəhid anasına və qazilərə də təşkilat tərəfindən diplom təqdim edildi. Məktəbin direktoru Rüfət İsmaılova isə fəal ictimai aktivliyinə görə təşkilat tərəfindən təşəkkürnamə verildi.
Araz Şamilov,
“Tariximizə Sahib Çıxaq”
tarixi araşdırmalar və maarifləndirmə
İctimai Birliyinin sədri
© 2020 - Created by İLK XEBER.