Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) yaranmasının ildönümü ilə bağlı Yunan Kipr Administrasiyasının (GKRY) Xarici İşlər Nazirliyinin bəyanatını şiddətlə qınayırıq.
Ilkxeber.org xəbər verir ki, bunu KKTC-nin xarici işlər naziri Tahsin Ertuğruloğlu deyib.
XİN rəhbəri bildirib ki, "Kıbrıs türk xalqını təcrid vəziyyətində yaşamağa məhkum etməyə, hüquq və mənafelərini tapdalamağa, bu məqsədlə hər cür vasitəyə və dezinformasiyaya əl atmağı hədəfləyən bir yunan qurumunun KKTC-nin ildönümü qeyd etmələri ilə narahat olması və yeni siyasətimizin əsası qoyulmasından rahatsız olması təəccüblü deyil".
"Kıbrıs türk xalqı yunan Xarici İşlər Nazirliyinin düşündüyünün əksinə, bir "azlıq" deyil. Öz müqəddəratını təyin etmək hüququndan istifadə edərək öz dövlətlərini qurmağa nail olmuş şərəfli xalqdır. Başda yunan Xarici İşlər Nazirliyi olmaqla GKRY-nin, KKTC-nin varlığına və onun yaranmasının əbədi olaraq qeyd olunacağına alışmalıdır", - deyə Ertuğruloğlu bildirib.
Nazir qeyd edib ki, KKTC Ana Vətən Türkiyə ilə birlikdə, yunan tərəfinin əksinə, süni həll formullarından uzaq, iki dövlət fenomeninə əsaslanan mütərəqqi siyasət müəyyən edib: "KKTC Xarici İşlər Nazirliyi bütün dövlətçilik meyarlarına cavab verən KKTC-nin tanınması üçün Ana Vətən Türkiyə Cümhuriyyəti ilə tam uyum içərisində lazımi addımları atacaq".
Ertuğruloğlu bildirib ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə BMT arasında mövcud və gələcək əlaqələr yunan tərəfinin Xarici İşlər Nazirliyini maraqlandıran məsələ deyil: "Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin KKTC-də mövcudluğu və fəaliyyətləri ilə bağlı KKTC ilə BMT arasında hüquqi çərçivəyə ehtiyac olduğu açıq-aydın görünür. Bu məsələdə haqlı mövqeyimiz dəyişməyəcək və bütün variantlar vaxtında dəyərləndiriləcək.
Bundan əlavə, məlum olduğu kimi, qapalı Maraş KKTC ərazisidir və qapalı Maraşla bağlı məsələlərdə qərar verən KKTC hökuməti və onunla əlaqəli qurumlardır".
© 2020 - Created by İLK XEBER.