"Biz mesajı aldıq və buna çox sərt cavab verəcəyik. ABŞ-ın başsağlığını qəbul etmirik".
Avropa.info xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
"İndi cənazələrimizi qaldıracağıq. Bizə verilən mesajı aldıq və mesajın nə olduğunu bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmirik.
Biz heç kimin düşməni deyilik, heç kimə xəyanət etmirik. Bildirmək istəyirəm ki, bizim xəyanətə dözməyə gücümüz yoxdur. Əməliyyatlar davam edir. Əgər onlar tutulmasaydı, bu gün Yunanıstana qaçaq yolla aparacaqdılar", - deyə nazir bildirib.
Süleyman Soylu terrora qarşı ölkəsinin cavabının da kəskin olacağını deyib.
Xatırladaq ki, ötən gün İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
© 2020 - Created by İLK XEBER.