Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi ölkə statusu alıb.
İlkxeber.org xəbər verir ki, bu barədə qərar TDT-nin dövlət və hökumət başçılarının Səmərqənddə keçirilən IX sammitində qəbul edilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə cümə günü, noyabrın 11-də "Tvitter"də yazıb.
Nazir Ankaranın KKTC-yə dəstəyini davam etdirmək əzmində olduğunu vurğulayıb.
© 2020 - Created by İLK XEBER.