"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında tarixi çağırış etdi və beynəlxalq ictimaiyyəti Quzey Kıbrıs Türk Cümhuriyyətini (KKTC) tanımağa dəvət etdi. Biz də lazımi işləri gücləndirmişik. Beləliklə, Kıbrıs türklərinin əldə edilmiş hüquqları BMT-yə üzv dövlətlərin tanınması yolu ilə qeydə alına bilər."
Bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib. Oktay ilk növbədə Türk Dövlətləri Təşkilatının KKTC-ni tanımasının vacib olduğunu bildirib.
"Bu çağırış Prezidentliyimizin rəhbərliyi ilə bütün görüşlərimizdə təkrarlanır. Vizyonumuz adada iki ayrı dövlətin olmasına əsaslanır və KKTC-ni tanımağı hədəfləyir. Kıbrıs keçmişi və gələcəyi ilə türk dünyasının bir parçasıdır. Türk Dövlətləri Təşkilatında KKTC-nin müşahidəçi üzv kimi iştirakını dəstəkləyirik. Quzey Kıbrıs Türk Cümhuriyyətinin olmadığı bir Türk Dövlətləri Təşkilatı yarımçıq olar. Səmərqənddə keçiriləcək Zirvə toplantısında KKTC-yə müşahidəçi statusunun veriləcəyinə inanırıq", - deyə Oktay qeyd edib.
© 2020 - Created by İLK XEBER.