ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təsdiqləyib ki, Ukraynadakı müharibəyə baxmayaraq, Vaşinqton və Moskva arasında rabitə kanalları açıq qalır. Görüş iddiaları ilə bağlı Moskvadan da açıqlama gəlib.
Ilkxeber,org xəbər verir ki, Nyu-Yorkda çıxış edən Sallivan bildirib ki, milli maraqlar naminə Kremllə əlaqə davam edir.
ABŞ mətbuatında Sallivanın nüvə təhlükəsini azaltmaq üçün Moskva ilə gizli danışıqlar apardığı barədə məlumatlar yayılıb.
Xəbərdə Sallivanın ötən aylarda rusiyalı həmkarı Nikolay Patruşev və Kremlin xarici siyasət müşaviri Yuri Uşakovla görüşdüyü yazılıb.
ABŞ mediasına danışan ABŞ-ın yüksək rütbəli rəsmiləri nüvə silahından istifadə riskinə baxmayaraq mexanizmlərin müzakirə edildiyini bildiriblər. Eyni rəsmilərin sözlərinə görə, iki ölkə müharibəni dayandırmaq üçün danışıqlar aparmır.
Danışıqlarla razılaşan Sallivan, ABŞ nümayəndə heyətinin "kiminlə masa arxasında oturduqlarından xəbərdar olduğunu" söyləyib.
Ceyk Sallivan keçən ay xəbərdarlıq etmişdi ki, nüvə silahından istənilən istifadə Rusiya üçün dağıdıcı nəticələrə səbəb ola bilər.
NBC televiziyasına danışan Sallivan həmçinin bildirib ki, Rusiya nümayəndə heyəti ilə təkbətək görüşdə ABŞ-ın nə cavab verə biləcəyi "ən aydın şəkildə" açıqlanıb.
Sallivan həmçinin qeyd edib ki, Moskva ilə əlaqə saxlamaq bu problemdən əziyyət çəkən bütün ölkələrin milli maraqlarına uyğundur.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la təmaslarını əsirlərin mübadiləsi səviyyəsində davam etdirdiklərini açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Solovyov Live" radio proqramında Moskva ilə Vaşinqton arasındakı təmaslarla bağlı açıqlamalar verib.
Zaxarova ABŞ-la əsirlərin mübadiləsi ilə bağlı əlaqələrin davam etdiyini bildirib və deyib:
"Danışıqlar müvafiq hüquq-mühafizə orqanları və xüsusi təyinatlılar (kəşfiyyat) xətti ilə aparılır. Amma təəssüf ki, aylardır ki, insanların problemlərinin həlli ilə bağlı ABŞ-dan heç bir müraciət görmürük".
Moskva və Vaşinqtonun ehtiyac yaradan mövzularda müəyyən təmasları müzakirə etdiklərini qeyd edən Zaxarova, "Bu təmaslar müxtəlif qurumlar səviyyəsindədir. Təbii ki, bunların tam hüquqlu əməkdaşlıq, qarşılıqlı əlaqə ilə heç bir əlaqəsi yoxdur" deyib.
© 2020 - Created by İLK XEBER.