ABŞ-ın Ermənistandakı səfirliyi bəyanat yayaraq vətəndaşlarına Müqavimət müxalifət hərəkatının noyabrın 5-də keçirdiyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib. Məlumata görə, bu xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir.
Ermənistan mətbuatının məlumatına görə, səfirlik xəbərdarlıq edib ki, nümayişlər gözlənilməz ola bilər, iştirakçılar hər an istiqaməti dəyişir, nəqliyyatın hərəkətinə maneələr yaradır.
"Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və ola bilsin ki, zorakı hərəkətlərə çevrilə bilər... Ərazidən qaçın, yeniliklər üçün yerli medianı yoxlayın, izdihamdan qaçın, nümayişlərdən qaçın. Təhlükəsizliyiniz üçün dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər.
Xatırladaq ki, noyabrın 5-də Ermənistan müxalifəti İrəvanın Fransa meydanında mitinq keçirəcək.
© 2020 - Created by İLK XEBER.