Rusiya prezidenti Vladimir Putin hökumətə qarşılıqlılıq prinsipindən asılı olmayaraq əcnəbilərin Rusiyaya vizasız gediş-gəlişini təmin edəcək yeni təkliflər hazırlamağı tapşırıb.
Avropa.info-nun məlumatına görə, “Kommersant” yazır ki, Putin əcnəbilərə turizm, biznes və təhsil məqsədləri, eləcə də idman və mədəni tədbirlərdə iştirak üçün vizasız rejimi nəzərdən keçirməyi təklif edib.
Putinin göstərişi hökumətə, xarici işlər və daxili işlər nazirliklərinə və Federal Təhlükəsizlik Xidmətinə göndərilib və onlara 2023-cü il iyunun 1-nə qədər “tərəqqi hesabatı” təqdim etməyi tapşırıb.
Putin həmçinin “dost” hesab edilən ölkələrin vətəndaşları üçün elektron vizaların yenilənməsi və çoxdəfəlik turist vizalarının müddətinin artırılması barədə göstəriş verib.
Putinin vizasız rejimlə bağlı göstərişinin bu təqvimlə ən yaxşı halda gələn yayın ortalarında həyata keçirilə biləcəyi şərh edilərkən, “dost ölkə” olaraq Türkiyə vətəndaşlarının da bu çərçivədə qiymətləndiriləcəyi vurğulanır.
© 2020 - Created by İLK XEBER.