Oktyabrın 21-də “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tariximzə və mill-mədəni abidələrimizə məhəbət və mənəvi bağlılıq ruhunun möhkəmləndirilməsi” layihəsi çərçivəsində Yardımlı rayon MKS-də “Tarixi-mədəni abidələrimiz milli dəyərimizdir” mövzusunda rayon gənclərinin iştirakı ilə tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan “Savalan” Tarixi Araşdırmalar İctimai Biliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov iştirakçılara Birliyin məramı və məqsədləri, həyata keçirdiyi layihələr haqqında məlumat vermiş, tədbirin əhəmiyyətindən danışıb.
Layihə rəhbəri “Yardımlı” toponiminin etimologiyası, Yardımlı rayonunun Azərbaycanın dövlətçilik, siyasi və mədəni tarixindən danışaraq, gənclərə rayon ərazində mövcud olan arxeoloji və maddi-mədəniyyət abidələri haqqında geniş məlumat verib. Diqqətə çatdırılıb ki, Yardımlı rayonu ərazisində 100-ə yaxın tarix və mədəniyyət abidəsi mövcuddur ki, onlardan 51-i ölkə əhəmiyyətli abidələrdir. Tarixçi-alim Yardımlı rayonunda yerləşən Avaraq yaşayış yeri, Qız qalası, Çüzünqala, Moranqala, Abidərdə türbəsi, Alar mağarası və digər abidələrin, arxeoloji qazıntılar zamanı əldə edilmiş müxtəlif qiymətli materialların Azərbaycan xalqının maddi mədəniyyətinin mühüm nümunələrindən olduğunu bildirərək, gənclərə yaşadıqları rayonun tarixi, maddi mədəniyyət abidələri ilə yaxından maraqlanmağı və onların qorunub gələcək nəsillər üçün saxlanmasında yaxından iştirak etməyi tövsiyə edib.
Daha sonra K.İsmayılov gəncləri maraqlandıran suallara ətraflı cavab verib.
Tədbirdə çıxış edən Yardımlı MKS-nin direktoru Rahim Səfərov “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi lahiyənin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyin vurğulayaraq, Yardımlı rayonunda aşkar edilmiş arxeoloji aidələrin qorunmasını gəncliyin əsas vətəndaşlıq vəzifələrindən biri olduğunu bildirib.
Layihənin eksperti Xanoğlan Əhmədov da öz çıxışında gənclərimizin tariximizə, mədəni və arxeoloji abidələrimizə məhəbbət ruhunda tərbiyə edilməsində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən digər çıxışçılar da Yardımlının tarixinin müxtəlif məsələləri, rayon ərazisində yerləşən maddi-mədəniyyət abidələrinin taleyi ilə bağlı danışıblar. Sonda qiymətli tarixi abidələrimizin mühafizəsinin zəruriliyi ilə bağlı maraqlı müzakirələr aparılmışdır.
© 2020 - Created by İLK XEBER.